Nov 12 2019 11:32
Elshad Aliyev
Views: 143

Boliviyanın müdafiə naziri Xavyer Savaleta istefa verdiyini açıqlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, o, bu barədə həmvətənlərinə ünvanladığı videomüraciətində bildirib.

X.Savaleta qeyd edib ki, o və Silahlı Qüvvələrin Baş komandanı (istefa vermiş prezident Evo Morales) heç vaxt əsgərlərə və dənizçilərə xalqa qarşı silahdan istifadə etmək əmri verməyib.

"İndi hərbçilər xalqa qarşı silah tətbiq edərsə, bunun məsuliyyəti bu qərarı verənlərin üzərinə düşəcək", - o deyib.

Daha əvvəl Boliviya Silahlı Qüvvələrinin komandanı Uilyams Kaliman polisin istəyi əsasında hərbçilərin də küçələrdə asayişi bərpa etmək işinə cəlb olunacağını açıqlamışdı.

X.Savaleta eyni zamanda prezidentliyə namizəd Karlos Mesanı və Evo Moralesin yenidən prezident seçilməsinə etiraz edənlərin lideri Luis Fernando Kamaçonu münaqişənin daha da gərginləşməsinə imkan verməməyə çağırıb.


Create Account



Log In Your Account