Aug 07 2020 12:02
Elshad Aliyev
Views: 47

“Avropa İttifaqı (Aİ) və Türkiyə arasında yaxşı münasibətlər hamının marağındadır”.

APA-nın xəbərinə görə, bunu Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell "Twitter"də bildirib.

“Biz fikir ayrılıqlarını dialoq yolu ilə həll etməli və birtərəfli hərəkətlərdən çəkinməliyik”, - deyə C. Borrell vurğulayıb.

Aİ-nin Ali Nümayəndəsi qeyd edib ki, avqustun sonunda Berlində keçiriləcək Aİ ölkələrinin Xarici İşlər nazirlərinin qeyri-rəsmi görüşündə Türkiyə ilə münasibətlər müzakirə olunacaq.

Xatırladaq ki, dünən Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və C. Borrell Maltada görüşüblər. Tərəflər Aİ və Türkiyə arasında münasibətlər, Liviya və Suriya münaqişələri, habelə Şərqi Aralıq dənizindəki vəziyyətlə bağlı müzakirələr aparıblar.


Create Account



Log In Your Account