May 21 2020 12:15
Elshad Aliyev
Views: 43

Bosniya və Herseqovina vətəndaşları bundan sonra ölkələrinə qayıtdıqdan sonra 14 günlük karantinə alınmayacaqlar.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Federal Mülki Müdafiə İdarəsi məlumat yayıb.

Eyni qaydanı Serbiya hökuməti də öz vətəndaşları üçün qəbul edib. Bu qayda ölkələrin bütün növ sərhəd məntəqələrindən keçib gələn ölkə vətəndaşlarına aiddir.

Özünü təcridetmə qaydası hər iki ölkədə martın sonundan tətbiq olunurdu. Lakin may ayından etibarən hər iki ölkədə koronavirusa yoluxma sayı kəskin azaldığı üçün bu qaydalara ehtiyac qalmayıb.


Create Account



Log In Your Account