May 19 2020 14:10
Elshad Aliyev
Views: 43

Bosniya və Herseqovina iyunun 1-dən sərhədlərini hər kəs üçün açacaq. AZƏRTAC xəbər verir ki, bunu Baş Nazir rəhbəri Zoran Teqeltiya deyib. Lakin o, sərhədlərin hansı şərtlər daxilində açılacağı barədə konkret məlumat verməyib.

Qeyd olunub ki, ölkədə epidemioloji vəziyyət müsbətdir və bu martdan bəri bağlı qalan olan sərhədlərin açılmasına imkan yaradır. Sərhədlərin açılması iki mərhələdə həyata keçiriləcək. Bu həftədən başlayacaq birinci mərhələdə yalnız işlə bağlı gələnlərin ölkəyə girişinə icazə veriləcək. Lakin bu zaman son 48 saat ərzində alınmış koronavirus testinin nəticəsinin neqativ olduğunu göstərən sənəd təqdim olunmalıdır.

İyunun 1-dən etibarən isə hansı qaydaların tətbiq olunacağı hələ müəyyənləşməyib.


Create Account



Log In Your Account