Nov 15 2019 12:25
Elshad Aliyev
Views: 68

BP şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən D230 bloku üzrə kəşfiyyat proqramı çərçivəsində seysmik tədqiqat işlərinə bu ilin dekabr ayında başlayacaq.

Bunu “APA-Economics”ə Azərbaycanın neft-qaz bazarındakı etibarlı mənbə deyib.

Tədqiqat işləri “Gilavar” geofizik gəmisi vasitəsi ilə “Caspian Geophysical” şirkəti tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, öncə D230 blokuda tədqiqat işlərinə oktyabrda başlamaq planlaşdırılırdı. Buna baxmayaraq, mənbənin sözlərinə görə, “Caspian Geophysical”  bu saziş sahəsində işlərə Norveçin "Equinor" şirkətinin sifarişi ilə "Əşrəfi", "Dan Ulduzu" və "Aypara" kəşfiyyat sahəsində aparılan seysmik tədqiqat işlərinin (2 və 3-ölçülü) bitirdiyindən sonra başlayacaq. Burada isə işlər hava şəraitinin dəyişkən olduğundan bir qədər yubanması D230-da tədqiqatların başlanılması tarixlərinə təsir göstərir.

“D230-da tədqiqatlara bu ilin noyabr ayında start veriləcəyi planlaşdırılırdı. Əlverişsiz hava şəraiti işlərin başlanmasına təsir göstərir. "Equinor" üçün aparılan işlər dekabrın 10-dək bitiriləcəyi gözlənilir. Bundan sonra “Caspian Geophysical” dərhal BP-nin sifarişini yerinə yetirməyə başlayacaq”, - deyə mənbə qeyd edib.

Mənbə həmçinin bildirib ki, gecikməni nəzərə alaraq, D230 strukturunda çöl işlərinin başa çatdırılması gələn ilin fevralında gözlənilir.

BP-nin məlumatına əsasən, şirkət D230 bloku üzrə 2019-cu ilin dördüncü rübündə 3-ölçülü seysmik tədqiqatların aparılmasını planlaşdırır. Əldə edilmiş nəticələrdən asılı olaraq, ilk kəşfiyyat quyusunun planlaşdırılmasına 2020-ci ildə başlanacaq.

D230 strukturu kifayət qədər böyük bir ərazini əhatə edir və orada gələcəkdə kəşfiyyat quyularının harada qazılacağı çox əhəmiyyətlidir. Ən çox da bu struktur ona görə maraqlıdır ki, orada potensial neft ehtiyatları nəzərdə tutulur.

Qeyd edək ki, BP və SOCAR arasında Xəzərin Azərbaycan sektorunda yerləşən Şimal Abşeron hövzəsində D230 saylı blok daxilindəki potensial perspektivli strukturlarda birgə kəşfiyyat işlərinin aparılması üçün 2018-ci ilin aprel ayında Hasilatın Pay Bölgüsü Haqqında Saziş (HPBS) imzalanıb. Saziş 2018-ci ilin oktyabrında Azərbaycanın parlamenti tərəfindən ratifikasiya edilib.

 


Create Account



Log In Your Account