Feb 06 2017 12:22
Ulviyye Sabirqizi
Views: 1789

BP şirkəti və Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi tərəfdaşlıq haqqında saziş imzalayıblar.

CBC-nin məlumatına görə, bu tərəfdaşlıq BP-nin Azərbaycanda idmanın inkişafına dəstək üzrə öhdəliyinin bir hissəsidir və şirkətin London-2012 Yay Olimpiya Oyunları və Bakı-2015 Avropa Oyunlarında uğurlu təcrübəsi və əməkdaşlığına əsaslanır.

BP 6 min gəncin cəlb olunacağı Bakı-2017 könüllülük proqramına da dəstək göstərir.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları mayın 12-dən 22-dək Bakıda keçiriləcək.

 


Create Account



Log In Your Account