May 12 2020 14:47
Elshad Aliyev
Views: 57

Xəzərin Azərbaycan sektorunda yerləşən D230 blokunda həyata keçirilmiş 3 ölçülü seysmik tədqiqat proqramı reallaşdırılması çərçivəsində alınan məlumatların emalına başlanılıb.

"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2020-ci ilin I rübünün yekunlarına dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata əsasən, D230 blokunda 2019-cu ilin dekabr ayında başlanmış 3-ölçülü seysmik tədqiqat proqramı mart ayının 14-də başa çatdırılıb.

"Əldə edilmiş məlumatların emalına başlanmışdır və bunun ardınca məlumatların interpretasiyası aparılacaq. İnterpretasiyanın nəticələri müsbət olarsa, ilk kəşfiyyat quyusunun planlaşdırılması başlanacaq", - hesabatda deyilir.

D230 strukturu kifayət qədər böyük bir ərazini əhatə edir və orada gələcəkdə kəşfiyyat quyularının harada qazılacağı çox əhəmiyyətlidir. Ən çox da bu struktur ona görə maraqlıdır ki, orada potensial neft ehtiyatları nəzərdə tutulur.

Qeyd edək ki, BP və SOCAR arasında Xəzərin Azərbaycan sektorunda yerləşən Şimal Abşeron hövzəsində D230 saylı blok daxilindəki potensial perspektivli strukturlarda birgə kəşfiyyat işlərinin aparılması üçün 2018-ci ilin aprel ayında Hasilatın Pay Bölgüsü Haqqında Saziş (HPBS) imzalanıb. Saziş 2018-ci ilin oktyabrında Azərbaycanın parlamenti tərəfindən ratifikasiya edilib.


Create Account



Log In Your Account