Apr 27 2021 12:06
Elshad Aliyev
Views: 123

2021-ci ilin I rübündə BP şirkətinin xalis mənfəəti 2,6 mlrd. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni rübü ilə müqayisədə 3,3 dəfə çoxdur.

"APA-Economics"in şirkətin maliyyə hesabatına istinadən verdiyi məlumata görə, bu göstərici 2020-ci ilin IV rübü ilə müqayisədə 22,6 dəfə artıb. Şirkətin bundan əvvəl dərc etdiyi proqnozda xalis mənfəətin 1,64 mlrd. dollar səviyyəsində olacağı proqnozlaşdırılırdı. Bundan əlavə, hesabat dövründə şirkətin xalis borcu 5,6 mlrd. dollar azalaraq 33,3 mlrd. dollara enib.

Bu nəticənin əsas drayverləri kimi, müstəsna qaz marketinqi və ticarət göstəriciləri, daha yüksək neft qiymətləri və emal marjaları göstərilir.

Qeyd edək ki, BP COVID-19 pandemiyası fonunda ötən ili 5,7 mlrd. dollarlıq zərər ilə başa vurmuşdu.


Create Account



Log In Your Account