Apr 28 2020 15:27
Elshad Aliyev
Views: 65

İngiltərənin neft-qaz şirkəti BP "OPEC+" ( Neft İxrac Edən Ölkələr Təşkilatında və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azalması üzrə təşəbbüs) yeni razılaşmasında iştirak edən ölkələrdəki layihələr çərçivəsində neft hasilatını azaltmağa hazırdır.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə şirkətin upstream-layihələr (kəşfiyyat və hasilat üzrə layihələr) üzrə maliyyə direktoru Mürrey Oçinkloss (Murray Auchincloss) bildirib. 

"Bu gün Anqola, Azərbaycan, Rusiya və Yaxın Şərqdə danışıqlar aparırıq. Sizə rəqəmləri səsləndirməyəcəm, amma sualınıza cavab verərək, deyəcəm ki, "OPEC+" razılaşmasının işə düşməsi ilə əlaqədar ikinci rübdə istehsalın azalacağını görəcəyik. Həcmlər bu gün ən vacib şey deyil", - deyə, M. Oçinkloss qeyd edib.

Qeyd edilir ki, "OPEC+" ölkələrində iri neft şirkətləri ümumiyyətlə hökumət tərəfindən olunan hasilat azalmalarından kənar qalırdı.

Xatırladaq ki, bu ilin aprel ayında OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında "OPEC+" üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 mln. barel, iyulun 1-dən ilin sonuna kimi 7,7 mln. barel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 mln barel həcmində azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib.

Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barel azaltmalı olacaq. Bu müddət ərzində (may-iyun) Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır.


Create Account



Log In Your Account