Mar 05 2020 15:04
Elshad Aliyev
Views: 53

Bölgədə BP ilə Azərbaycan və Gürcüstan əməkdaşlığı üçün yeni imkanlar var. Yeni əməkdaşlıq sahələrinə yaşıl enerji də daxildir. BP bu sahədə Azərbaycan və Gürcüstanla əməkdaşlığa hazırdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri BP şirkətinin Gürcüstan üzrə meneceri Ann Davies Tbilisidə keçirilən Azərbaycan-Gürüstan biznes forumunda deyib.

“BP Cənub Qaz Dəhlizi layihəsinin iştirakçısı olmaqdan qürur duyur. Gürcüstan və Azərbaycanda layihə ilə bağlı tikinti işləri başa çatdırılıb. Cənub Qaz Dəhlizi ilə ilk qaz bu ilin sonunda Avropaya çatdırılacaq” - deyə A.Davies vurğulayıb.

 


Create Account



Log In Your Account