Jan 10 2017 15:36
Ulviyye Sabirqizi
Views: 100

Yeni il gecəsi “WhatsApp”da 63 milyard mesaj yazılaraq rekorda imza atıb.

"WhatsApp" "Facebook" tərəfindən 2014-ün oktyabrında satın alındıqdan sonra böyüməsini davam etdirərək aylıq 1 milyard istifadəçi sayına çatıb.
Tətbiq sürətli inkişafı nəticəsində "Facebook"a aid "Messenger"i də çoxdan geridə qoyub.

GSM operatorlarının puluz mesajlaşma paketlərinin olmasına baxmayaraq çox saylı ağıllı telefon istifadəçisi "WhatsApp" tətbiqini üstün tutu"r və xususi günlərdə belə təbrik mesajlarının çoxu "WhatsApp" üzərindən göndərilir. Belə ki, Yeni il gecəsi WhatsApp" üzərindən 63 milyard mesaj göndərilib, bu mesajların 7.9 milyardı şəkil, 2.4 milyardı videodan ibarətdir .

Qeyd edək ki, ötən ilin aprelində "WhatsApp" və "Messenger" üzərindən gündəlik 42 milyarda yaxın mesaj göndərilirdi. F8 konfransda Mark Zukerberq çıxışı zamanı hədəflərinin bu iki tədbiqdə günlük 60 milyard mesaj sayına çatmaq olduğunu söyləmişdi. "WhatsApp"ın bir gündə çatdığı mesaj sayı Zukerberqin hədəfinin çox tez reallaşdığını göstərir. Apreldə şifrələmə xususiyyəti əlavə olunan "WhatsApp" noyabrda çoxdan gözlədiyi video zəng xususiyətinə qovuşub.

2016-cı ildə Azərbaycana gələn turistlərin sayı 11 faiz artıb

 


Create Account



Log In Your Account