Dec 26 2017 12:24
Ferah Sabirqizi
Views: 265

2018-ci ilin ilk rübündə neft bazarında tələb-təklif tarazlığı yaranacağına dair optimist fikirdəyik və bu, neftin qiymətini yüksəldəcək.

Bu barədə İraqın neft sənayesi naziri Cabbar Əli əl-Layibi deyib. O bildirib ki, qlobal neft ehtiyatları məqbul səviyyəyə azalıb və 2018-ci ildə neftin qiymətinin əhəmiyyətli dərəcədə artacağına dair müsbət əlamətlər var: “Mən gələn ilin birinci rübündə tələb-təklif arasında balansın yaranacağı və bunun da neftin qiymətinin artmasına müsbət təsir göstərəcəyi məsələsində optimistəm”.

Nazir, həmçinin dekabr ayında ABŞ-da neft hasilatındakı cüzi artımın “qara qızıl”ın qiymətinə təsir edə biləcəyini də bildirib.


Create Account



Log In Your Account