Apr 28 2020 18:08
Elshad Aliyev
Views: 144

İtaliya hökuməti ölkənin tibbi maskaya olan tələbatını ödəmək məqsədilə kütləvi şəkildə istehsala başlamağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, hökumət ölkədə yeni yoluxmaların qarşısını almaq üçün ucuz qiymətə hamının rahatlıqla əldə edə biləcəyi maskalar istehsal edəcək və onlar 50 sentdən baha satılmayacaq. İtaliyanın koronavirus üzrə fövqəladə komissarı Domeniko Arkuri maskaların ortalama dəyərinin 38 sent olacağını, bununla da maska möhtəkirliyi ilə məşğul olanların qarşısının alınacağını deyib. İstehsal üçün 106 şirkət seçilib. Hazırda anbarlarda 47 milyon maska var. Günə 12 milyon maskanın satılacağı nəzərdə tutulub, sentyabrda məktəblərin açılması ilə bu say 30 milyona yüksələcək.

Hökumət may ayından etibarən telefonlar üçün xüsusi əlavələr də tətbiq edəcək. Belə ki, test nəticəsi pozitiv çıxmış şəxslərin məlumatları həmin əlavəyə yüklənəcək və həmin şəxslər karantinə alınaraq nəzarətə götürüləcək. Hər kəsin telefonunda olacaq əlavə sağlam insanın xəstə insanla təması baş verərsə onu məlumatlandıracaq. Bu addım bir çoxları tərəfindən insan haqlarına zidd olaraq dəyərləndirilib və şəxsi məlumatların toplanmasına etiraz edilib.


Create Account



Log In Your Account