Nov 06 2019 10:35
Elshad Aliyev
Views: 34

"Biz Dünya Bankı ekspertləri ilə birgə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun layihəsinin hazırlanmasına nail olduq".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Beynəlxalq Bankçılıq forumun"da çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) idarə heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov deyib.

A.Alışovun sözlərinə görə, yeni qanun layihəsi bazarın tənzimlənməsi və rəqabət mühitinin formalaşması məqsədi ilə hazırlanıb: "Etiraf edək ki, bu qanun 9 fəsil və 72 maddədən ibarətdir. Bu qanun layihəsi artıq bir neçə dəfə müvafiq dövlət qurumları ilə müzakirə olunub. Artıq qanun üzrə yekun mərhələyə çatmışıq və düşünürük ki, ilin sonuna qədər Nazirlər Kabinetinə təqdim edəcəyik. Bu qanun üzrə müvafiq normativ-hüquqi aktlar formalaşdırılmalıdır. Bu məqsədlə 4 normativ akt Dünya Bankı ekspertləri ilə müzakirə edilib".


Create Account



Log In Your Account