Apr 02 2020 13:00
Elshad Aliyev
Views: 94

Azərbaycanda tibbi maska və spirtlə bağlı problem yaxın günlərdə öz həllini tapacaq. Belə ki, respublikamıza tibbi maska istehsalı üçün xammal gətirilib. Yaxın günlərdə bakterioloji, nano və cərrahi maskaların istehsalına başlanılacaq.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, günə 200 min maska istehsal olunacaq: “Artıq avadanlıqlar quraşdırılıb və prosesə aprelin əvvəlindən başlanılacaq”.


Create Account



Log In Your Account