Jun 03 2020 12:58
Elshad Aliyev
Views: 62

Braziliyada son 24 saat ərzində koronavirusdan ölənlərin sayı rekord həddə çatıb. Belə ki, ölkədə son sutka ərzində 1262 nəfər koronavirus səbəbindən həyatını itirib.

AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, Braziliyada virusdan ölənlərin sayı 31 min 199-a çatıb. Braziliya Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə son 24 saat ərzində 28 min 936 nəfərdən çox insanda COVID-19 virusu aşkar edilib. Bildirilib ki, ölkə daxilində infeksiyaya yoluxanların ümumi sayı 558 min 237-dir.

 


Create Account



Log In Your Account