May 18 2020 14:54
Elshad Aliyev
Views: 39

“Brent” markalı xam neftin qiymətində artım tempi müşahidə olunur.

AZƏRTAC xəbər verir ki, buna səbəb OPEC və müttəfiqlərinin, eləcə də karteldən kənar bəzi neft hasilatçılarının istehsala məhdudiyyətlər tətbiq etməsi, həmçinin müxtəlif ölkələrdə koronavirusla bağlı karantin rejiminin yumşaldılmasının tələbata yuxarı istiqamətli təsir göstərməsidir.

Hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 34,23 dollara, “Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 31,51 dollara alıcı axtarır.


Create Account



Log In Your Account