Jun 05 2020 14:23
Elshad Aliyev
Views: 49

“Brent” markalı xam neftinin bir barrelinin qiyməti 41 dolları keçib. Bu, son 3 ayın maksimum səviyyəsidir.

AZƏRTAC xəbər verir ki, neftin qiyməti “OPEC+”un iyunun 6-da keçirəcəyi iclasda mövcud hasilat məhdudiyyətlərinin uzadılmasına (may-iyun göstəricilərinin saxlanılması) dair saziş imzalayacağı üzrə gözləntilər fonunda bahalaşır.

Qeyd edək ki, hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 41 dollardan, “Light” neftinin bir barreli Nyu-Yorkun NYMEX birjasında 38 dollardan baha satılır.


Create Account



Log In Your Account