Apr 03 2020 11:48
Elshad Aliyev
Views: 82

“Brent” markalı xam neftin bir barrelinin qiyməti 30 dolları keçib.

AZƏRTAC xəbər verir ki, buna səbəb neft bazarının sabitləşdirilməsi məqsədilə aprelin 6-da videokonfrans formatında OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin görüşünün keçiriləcəyinin açıqlanmasıdır. Görüşdə qeyri-OPEC ölkələrinin nazirlərinin iştirakı və yeni “Əməkdaşlıq Bəyannaməsi”nin müzakirəsi nəzərdə tutulur. Görüş ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Səudiyyə Ərəbistanı Krallığının çağırışı ilə keçiriləcək.

Hazırda “Brent”in bir barreli Londonun ICE birjasında 30,43 dollara alıcı axtarır. “Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 24,85 dollara satılır.

Xatırladaq ki, neftin qiyməti cari ilin əvvəlində 70 dollar/barrel, martın əvvəlində isə 50 dollar/barreldən çox olub.


Create Account



Log In Your Account