Mar 30 2020 13:06
Elshad Aliyev
Views: 75

Dünya birjalarında xam neftin qiyməti son 18 ilin minimumuna düşüb.

AZƏRTAC xəbər verir ki, buna səbəb koronavirusla əlaqədar tələbatın azalması fonunda tədarükün kəskin artmasıdır. Belə ki, “Brent” markalı neftin qiyməti 2002-ci ildən bəri ən aşağı səviyyəyə enib. Hazırda “Brent”in bir barreli Londonun ICE birjasında 22,86 dollara alıcı axtarır. “Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 20,23 dollara satılır.

Xatırladaq ki, neftin qiyməti cari ilin əvvəlində 70 dollar/barrel, martın əvvəlində isə 50 dollar/barreldən çox olub.


Create Account



Log In Your Account