Apr 02 2020 17:16
Elshad Aliyev
Views: 144

“British Airways” aviakompaniyası reyslərin əksəriyyətinin ləğv olunması səbəbindən 36 min əməkdaşını işdən uzaqlaşdırıb.

AZƏRTAC BBC teleradio kompaniyasına istinadla xəbər verir ki, “Unite union” həmkarlar ittifaqı ilə bu barədə danişiqlar bir həftədən çox davam edib və tərəflər əsas məsələlər barədə razılığa gələ biliblər.

Sazişin şərtlərinə əsasən, ekipaj üzvlərinin, yerüstü personalın, mühəndislərin və əsas ofisin əməkdaşlarının təxminən 80 faizi işindən uzaqlaşdırılacaq, lakin heç kim işdən çıxarılmayacaq. Bu kateqoriyaya aviadaşıyıcının böhranın sonuna qədər bütün fəaliyyətini dayandırdığı “Gatwick” və “London City” hava limanlarının bütün əməkdaşları daxildir.

İşdən uzaqlaşdırılan əməkdaşlar bu müddət ərzində maaşlarının 80 faizini alacaqlar.

“British Airways” və “EasyJet” hələlik hökumətdən yardım istəməyib. “EasyJet” rəhbərliyi maaşların ödənilməsi barədə dövlət sxeminin və kreditlər üzrə zəmanətin kifayət etdiyini deyib. “Virgin Atlantic” kompaniyası isə əksinə, hökumətə yardımla bağlı müraciət edib. Hökumət isə öz növbəsində aviadaşiyiciların əvvəlcə öz ehtiyatlarını bitirməli və yalnız bundan sonra vergi ödəyicilərinə müraciət etməli olduqlarını bildirib.


Create Account



Log In Your Account