Mar 31 2020 17:29
Elshad Aliyev
Views: 151

“British Airways” Londonun Qatvik hava limanından bütün uçuşları dayandırmaq qərarına gəlib.

AZƏRTAC xəbər verir ki, şirkətin açıqlamasında koronavirus səbəbindən aviareyslərə tələbatın azalmasından sonra uçuşların dayandırılmasına qərar verildiyi bildirilib.

Britaniya hökuməti ölkə xaricindəki vətəndaşlarını gətirmək üçün “British Airlines”, “EasyJet” və “Virgin Atlantic” şirkətləri ilə işləyir.

Hökumət, həmçinin Britaniya vətəndaşlarının ölkəyə gətirilməsi üçün çarter reyslərin təşkili üçün 75 milyon funt sterlinq vəsait ayırıb.


Create Account



Log In Your Account