Feb 07 2017 10:47
Ulviyye Sabirqizi
Views: 1457

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,06 dollar bahalaşaraq 53,07 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,10 dollar artaraq 55,82 dollar olub.

CBC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,88 dollar ucuzlaşaraq 57,20 dollar təşkil edib.

 


Create Account



Log In Your Account