Jun 26 2021 11:27
Elshad Aliyev
Views: 2591

ABŞ-dakı aktiv neft-qaz qazma qurğularının sayı dəyişməyib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı dəyişməyərək 470 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 205 ədəd artıb.

Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 1 ədəd azalaraq 372 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 184 ədəd artım qeydə alınıb.

Aktiv qaz qazma qurğularının sayı isə 1 ədəd artaraq 98 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 23 ədəd artıb.

Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2020-ci ilin avqustunda isə minimuma – 244-ə düşüb.


Create Account



Log In Your Account