May 09 2020 11:34
Elshad Aliyev
Views: 373

ABŞ-dakı aktiv neft-qaz qazma qurğularının sayı azalır. AZƏRTAC xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 34 ədəd azalaraq 374 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 614 ədəd geriləyib.

Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 33 ədəd azalaraq 292 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 513 ədəd azalma qeydə alınıb.

Aktiv qaz qazma qurğularının sayı isə 1 ədəd azalaraq 80 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 103 ədəd azalıb. İki qazma qurğusu isə müxtəlif təyinatlı olub.

Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.


Create Account



Log In Your Account