Nov 28 2019 11:58
Elshad Aliyev
Views: 419

ABŞ-ın xam neft ehtiyatları artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 1,6 milyon barrel (0,3 faiz) çoxalaraq 452 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların 0,4 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 1,4 milyon barrel artmışdı.

ABŞ-ın strateji neft ehtiyatları isə 1,4 milyon barrel (0,2 faiz) azalaraq 636,2 milyon barrel olub.

Ölkənin benzin ehtiyatları hesabat həftəsində 5,1 milyon barrel (2,3 faiz) artaraq 226 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 1,2 milyon barrel çoxalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 1,8 milyon barrel artmışdı.

 


Create Account



Log In Your Account