May 05 2020 12:41
Elshad Aliyev
Views: 62

ABŞ-ın xam neft fyuçersləri üzrə əsas paylama mərkəzi olan Oklahoma ştatının Cushing şəhərində ehtiyatlar artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Genscape” məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində Cushingdəki xam neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 1,8 milyon barrel artıb.

Çərşənbə günü açıqlanacaq rəsmi məlumatlar da bu həcmdə çoxalma göstərərsə ehtiyatlar mart ayının ortalarından bəri ən aşağı həftəlik artım göstərmiş olacaq.


Create Account



Log In Your Account