Dec 05 2019 11:15
Elshad Aliyev
Views: 346

ABŞ-ın gündəlik xam neft istehsalı rekord səviyyədədir.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft istehsalı dəyişməyərək sutkada orta hesabla 12,9 milyon barrel olub. Bu göstərici ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. Birləşmiş Ştatların neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.

ABŞ-ın sutkalıq neft istehsalı yanvarda orta hesabla 11,9 milyon barrel, fevralda 12 milyon, martda 12,2 milyon, apreldə 12,3 milyon, mayda 12,4 milyon, iyunda 12,2 milyon, iyulda 12 milyon, avqustda 12,3 milyon, sentyabrda 12,4 milyon, oktyabrda 12,6 milyon, noyabrda isə 12,8 milyon barrel olub.

Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 201 min barrel azalaraq gündəlik 5,99 milyon barrel, neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 345 min barrel geriləyərək sutkada 3,13 milyon barrel təşkil edib.

EIA-nın proqnozuna görə, ABŞ-ın neft hasilatı bu il sutkalıq orta hesabla 12,3 milyon barrel, gələn il isə 13,3 milyon barrel olacaq.


Create Account



Log In Your Account