May 12 2020 13:21
Elshad Aliyev
Views: 50

Cari ilin birinci rübü ərzində “Şahdəniz-2” komandası sualtı quraşdırma işlərini, o cümlədən 2021-ci ildə yatağın şərq-cənub cinahından hasilatın başlanması üçün dərin sularda avadanlıqların quraşdırılması işlərini davam etdirib.

Bu barədə AZƏRTAC-a “BP Azerbaijan” şirkətindən bildirilib. Məlumata görə, qaz hasilatını planlaşdırılan sabit səviyyəyə çatdırmaq üçün qarşıdakı illərdə “Xankəndi” sualtı tikinti gəmisi və “İsrafil Hüseynov” borudüzən gəmisi vasitəsilə sualtı qurğuların daşınması və quraşdırılması işləri davam edəcək.


Create Account



Log In Your Account