Aug 26 2019 10:56
Ferah Sabirqizi
Views: 217

Bu gün Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür. Bu gün Azərbaycanın əldə etdiyi uğurlarda Mehriban Əliyevanın böyük payı var.

Mehriban Əliyevanın özünün də qeyd etdiyi kimi xalqa xidmət etmək – onun əsas missiyasıdır. O, milyonların sevgisini qazanıb. Çünki qarşıya qoyulan məsələnin həlli üçün  böyük təşkilatçılıq bacarığı, yaradıcı potensialı və güclü xarakterini heç vaxt əsirgəməyib. Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, nüfuzlu dövlət və ictimai xadim... Onun adı ilə Azərbaycanın saysız  uğurları bağlıdır.

Mehriban Əliyevanın fəaliyyətində əhalinin həssas təbəqələrinin, o cümlədən məcburi köçkünlərin problemlərinin həlli xüsusi yer tutur. O, Birinci vitse-prezident kimi ilk müşavirəsini qaçqın və məcburi köçkün ailələrinə həsr edib. Həmin müşavirədən dərhal sonra müvafiq tədbirlər planı hazırlanıb və real işlər başlanıb. Qısa müddətdə 300 minə yaxın qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Ötən il daha 5923 məcburi köçkün ailəsi, 2019-cu ilin birinci rübündə isə 2227 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Aprel döyüşləri zamanı sağlamlıqlarını itirmiş bir qrup əsgər və zabit yüksək texnologiyalı protezlərlə təmin edilib.

Bu gün Azərbaycanda elm və təhsil, humanitar və mədəniyyət, sosial və ekologiya sahələrində layihələr həyata keçirilir. Heydər Əliyev Fondu ilk gündən mədəniyyətlərarası, sivilizasiyalararası dialoqun möhkəmləndirilməsində böyük rol oynayıb.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi bu istiqamətdə fəaliyyətin daha da güclənməsinə səbəb olub. Regionlarda müxtəlif təlimlər keçirilib, əhalinin, xüsusilə uşaqların pulsuz müayinəsi təşkil olunub. Yüzlərlə uşaq bağçası, uşaq evi, parklar, məktəblər, idman kompleksləri, dini abidələr təmir edilib. Ağır xəstəliklərdən əziyyət çəkən uşaqların, çoxuşaqlı ailələrin, məcburi köçkün və qaçqınların da ümid yeri Heydər Əliyev Fondu və Mehriban Əliyevadır.

Azərbaycan mədəniyyətinin təbliği istiqamətində də böyük işlər görülüb. Məhz Mehriban Əliyevanın xidmətləri sayəsində dünya qədim musiqi və mədəniyyətə malik Azərbaycanı yenidən kəşf edib. Azərbaycan mədəniyyətinin nümunələri Mehriban Əliyevanın səyləri nəticəsində UNESCO-nun dünya irs siyahısına daxil edilib. Son illər ölkəmizin böyük uğurla ev sahibliyi etdiyi “Eurovision” beynəlxalq mahnı müsabiqəsi, birinci Avropa Oyunları, eləcə də IV İslam Həmrəyliyi Oyunları Mehriban Əliyevanın yüksək təşkilatçılıq bacarığına malik olduğunu üzə çıxarıb. Onun gördüyü işlər çətin və kifayət qədər məsuliyyətlidir, amma güclü və məqsədyönlü şəxsiyyətlər üçün həlledilməz məsələ olmur.

Əlbəttə ki, Mehriban Əliyevanın gimnastika idman növünün inkişafındakı xidmətlərini də qeyd etməmək olmaz. Onun gördüyü işlərin miqyası və iqtisamətləri ağılasığmazdır. Bura həm Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimiayyətinə çatıdırılması, ölkə daxilində və xaricdə həyata keçirilən nəhəng sosial layihələr, saysız-hesabsız humanitar aksiyalar, Azərbaycan xalqının mədəni irsinin qorunub saxlanması üçün verilən böyük töhfələr daxildir.  

 


Create Account



Log In Your Account