Apr 10 2020 18:13
Elshad Aliyev
Views: 372

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 8114 nəfərə çatıb.

APA-nın Britaniya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Milli Səhiyyə Xidməti məlumat yayıb.

Son sutka ərzində İngiltərədə 866 nəfər koronavirusdan vəfat edib. Ölənlər 27-100 yaş aralığında olan şəxslərdir.

Şotlandiyanın Baş Naziri son sutka ərzində ölkəsində 48 nəfərin vəfat etdiyi açıqlayıb. Bununla da Şotlandiyada COVID-19 virusundan ölənlərin sayı 495-ə yüksəlib.

Uelsdə son 24 saat ərzində 29 nəfər ölüb ki, bununla da indiyədək koronavirusdan ölənlərin sayı 315-ə çatıb.

Şimali İrlandiyada isə son sutka ərzində 10 ölüm halı qeydə alınıb və bu günədək ölənlərin sayı 92-yə çatıb.


Create Account



Log In Your Account