May 05 2020 14:21
Elshad Aliyev
Views: 63

Böyük Britaniya yeni növ koronavirusdan (COVID-19) ölüm sayına görə Avropada birinci yerdədir.   APA-nın “The Independent”ə istinadən verdiyi xəbərə görə, bu barədə Britaniyanın Milli Statistika Ofisi məlumat yayıb.

Məlumata görə, aprelin 24-dək İngiltərə, Uels, Şotlandiya və Şimali İrlandiyada koronavirusdan ölənlərin sayı ümumilikdə 32 313 nəfərə çatıb.

Milli Statistika Ofisindən bildirilib ki, aprelin 24-dək olan hesablamalarda ölümlərin 71,8 faizi (19 643) xəstəxanalarda qeydə alınıb. Yerdə qalan ölüm halları yaşayış evləri və digər yerlərdə baş verib.

Xatırladaq ki, Avropada koronavirusdan ölüm hallarının daha çox qeydə alındığı İtaliyada və İspaniyada müvafiq olaraq 29 079 və 25 613 nəfər xəstəlikdən vəfat edib.


Create Account



Log In Your Account