Mar 24 2020 09:31
Elshad Aliyev
Views: 29

Böyük Britaniyada gün ərzində yeni növ koronavirusa yoluxma hallarının sayı, demək olar ki, 1000 artaraq 6,6 min nəfəri keçib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Sosial Məsələlər Nazirliyinin yaydığı bəyanatda deyilir. Bildirilir ki, ölənlərin sayı 54 nəfər artaraq 335-ə çatıb.

“Martın 23-də səhər saat 9-da Birləşmiş Krallıqda 83 945 nəfər koronavirus infeksiyası üçün sınaq testlərindən keçib. 77 295 halda test nəticələri mənfi, 6650 halda isə müsbət oldu", - sənəddə deyilir.


Create Account



Log In Your Account