Dec 13 2019 10:36
Elshad Aliyev
Views: 125

Böyük Britaniyada keçirilən növbədənkənar parlament seçkilərində Baş Nazir Boris Consonun sədrlik etdiyi Mühafizəkarlar Partiyası qələbə qazanıb.

APA-nın Böyük Britaniya bürosunun BBC-yə istinadən verdiyi xəbərə görə, hazırkı nəticələrə əsasən, Mühafizəkarlar Partiyası 358, Leyboristlər Partiyası 203, SNP partiyası 48, Liberal Demokratlar isə 11 yer əldə edib.

Mühafizəkarlar Partiyasının parlamentdə səs çoxluğu əldə etməsi üçün ən azı 326 yerə ehtiyacı var idi. 

Seçkilərlə bağlı tam nəticələrin bir neçə saata açıqlanması gözlənilir.


Create Account



Log In Your Account