Sep 13 2017 12:19
Ferah Sabirqizi
Views: 48

British Councilın TheatreHD layihəsi çərçivəsində Park Cinema Flame Towersdə ilk dəfə dünyada məhşur teatr tamaşaları böyük ekranda göstəriləcək. 

Layihə çərçivəsində 13 sentyabrda “Amadeus” tamaşası izləyicilərə təqdim olunacaq. Axşam saat 19:00-da başlayacaq tamaşa antraktlarla birlikdə 2 saat 30 dəqiqə davam edəcək.

Filmin sinopsisi isə belədir: Vena - dünya musiqi paytaxtı. Saray bəstəkarı Antonio Salyeri Vyananı fəth etməyə gəlmiş gənc dahi - Volfqanq Amadeus Motsartla  tanış olur. Salyeri Motsartın bəstəkarlıq istedadı və ulduzluq ədaları ilə ovsunlanmışdır və onun əlində gənc bəstəkarı yüksəldə və ya onu tamamilə məhv edə biləcək hakimiyyət cəmlənmişdir. Piter Şafferin Laurence Olivier və Tony kimi bir çox mükafatları qazanmış məşhur pyesi ilk dəfə 1979-cu ildə Milli Teatrda təqdim edilmiş, sonradan isə rejissor Miloş Formanın filminin əsasını təşkil etmişdir. Rejissor Maykl Longhurstin yeni quruluşda təqdim etdiyi tamaşada canlı orkestr musiqisi səslənir.

Park Cinemada nümayiş oluncaq tamaşalar Londonda və Britaniyada ən çox uğur qazanmış tamaşalardır. Yüksək keyfiyyətli çəkiliş sizdə teatr zalında izləmə təəsüratı yaradacaq; kameralar kinoteatr tamaşaçılarının hər bir səhnəni ən yaxşı şəkildə izləyə biləcəkləri şəkildə yerləşdirilmişdir. 

Bundan əlavə, Park Cinema kinoteatrlar şəbəkəsində artıq 2 aydır uğurla həyata keçirilən sərgi filmlərinin də davam etdiriləcəyi təsdiqlənmişdir. Belə ki, Van Qoq, Mikalenjelo, Leonardo kimi tanınmış rəssamların əsərlərini böyük ekranda göstərilməsi tamaşaçıların rəğbətinə səbəb olmuş, və onların xahişi ilə Park Cinemada «Munk 150», «Rembrant», «Matis», «Mane: kətana həkk olunmuş həyat» və digər sərgi filmləri də nümayiş olunacaqdır. Daha ətraflı cədvəl ilə parkcinema.az və britishcouncil.az saytlarında tanış ola bilərsiniz.

Qeyd edək ki, hər iki layihə British Council, CoolConnections şirkəti və Park Cinema kinoteatrlar şəbəkəsinin birgə əməkdaşlığı nəticəsində həyata keçirilir.

Tarix:                      Saat:      Film:

13.09.2017         19:00         Amadeus (eng-ru)

16.09.2017         13:00         Amadeus (eng-ru)

20.09.2017         19:00         Hedda Gabler (eng-ru)

23.09.2017         13:00         Hedda Gabler (eng-ru)

27.09.2017         19:00         Angels in America, Part One: Millenium Approaches (eng-ru)

30.09.2017         13:00         Angels in America, Part One: Millenium Approaches (eng-ru)

04.10.2017         19:00         Angels in America, Part Two: Perestroika (eng-ru)

07.10.2017         13:00         Angels in America, Part Two: Perestroika (eng-ru)

11.10.2017         19:00         Doctor Faustus (eng-ru)

14.10.2017         13:00         Doctor Faustus (eng-ru)

18.10.2017         19:00         Yerma  (eng-ru)

21.10.2017         13:00         Yerma (eng-ru)

                  

17.09.2017         13:00         THE CURIOUS WORLD OF HIERONYMUS BOSCH (eng-ru)

24.09.2017         13:00         MUNCH 150 (eng-ru)

01.10.2017         13:00         REMBRANDT (eng-ru)

08.10.2017         13:00         MATISSE (eng-ru)

15.10.2017         13:00         MANET: PORTRAYING LIFE HD (eng-ru)

22.10.2017         13:00         VERMEER AND MUSIC: THE ART OF LOVE AND LEISURE (eng-ru)

29.10.2017         13:00         THE ARTIST'S GARDEN: AMERICAN IMPRESSIONISM (eng-ru)

Park Cinema – Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə Park Bulvar, Metro Park, Zagulba Mall ticarət və əyləncə mərkəzlərində, ölkədə yeganə IMAX formatlı zalın yerləşdiyi Flame Towers, həmçinin Masallı rayonundakı “ASAN Həyat”-da yerləşən kinoteatrlar və Amburan Beach Club-da yerləşən yay kinoteatrı daxildir.

British Council — təhsil sahəsində mədəni əlaqələr və imkanları inkişaf etməkyə yönələn beynəlxalq Britaniya təşkilatıdır. Bugün biz Böyük Britaniya xalqı və digər ölkələr ilə dostluq və qarşılıqlı anlaşma qururuq. Böyük Britaniyanın mədəni resurslarından faydalanaraq biz fəaliyyət göstərdiyimiz ölkələrdə müsbət dəyişikliklərə imza atırıq – yeni imkanlar yaradaraq, əlaqələr quraraq və güvən qazanaraq həyatı dəyişirik.


Create Account



Log In Your Account