Dec 10 2019 11:45
Elshad Aliyev
Views: 149

Rusiyanın Bryansk vilayətində azərbaycanlı əsgər dəfn edilib.

AZƏRTAC xəbər verir ki, Bryansk vilayətində Böyük Vətən müharibəsi illərində Sovet Ordusunun tərkibində döyüşmüş Böyükağa Nuhu oğlu Mehdiyevin dəfn mərasimi keçirilib.

Azərbaycanlı əsgərin qalıqlarını sentyabrın 7-də axtarış dəstələrindən biri tərəfindən tapılıb. Soydaşımızın qalıqları ilə birlikdə “Qırmızı bayraq” ordeni, qaşıq və qazança da aşkar edilib.

Rusiya Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan məlumata görə, Böyükağa Mehdiyev 1941-ci ildə müharibəyə çağırılıb. O, Bryansk cəbhəsi ordusunun 413-cü atıcı diviziyasının 1312-ci alayının 2-ci batalyonunun 4-cü bölüyünün əsgəri olub və 1943-cü il sentyabrın 13-də döyüşlər zamanı həyatını itirib.


Create Account



Log In Your Account