Apr 19 2021 16:05
Elshad Aliyev
Views: 137

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən dünya şöhrətli alim Lütfi Zadənin 100 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər müəyyənləşdirilib.

Bu barədə AZƏRTAC-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, tədbirlər planına əsasən, ümumi təhsil müəssisələrində istedadlı şagirdlərin iştirakı ilə professor Lütfi Zadənin elmi yaradıcılığına həsr olunan dəyirmi masa, açıq dərs və bilik yarışlarının təşkili, alimin həyat və fəaliyyətini əks etdirən real və virtual sərgilərin nümayişi nəzərdə tutulur.

Məktəblilər arasında Lütfi Zadənin 100 illiyinə həsr olunmuş məntiq, riyaziyyat və informatika olimpiadaları, ümumşəhər konfransı keçiriləcək.

Həmçinin görkəmli şəxsiyyətin həyat və yaradıcılığına dair multimedia resurslarının hazırlanması, açıq internet resurslarına və video.edu.az portalına yerləşdirilməsi planlaşdırılır.

Bundan başqa, “Azərbaycan müəllimi” qəzetində və “Azərbaycan məktəbi” jurnalında Lütfi Zadənin həyatı və elmi yaradıcılığına həsr olunmuş məqalələr dərc ediləcək.


Create Account



Log In Your Account