Jan 09 2017 13:15
Ulviyye Sabirqizi
Views: 1331

Ötən il ərzində Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri ilə 28 862 673 ton neft ötürülüb.

CBC Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu isə 2015-ci illə müqayisədə 0,09% çoxdur.

Ötən il BTC ilə nəql olunan Azərbaycan neftinin 2 386 450 tonu dekabr ayının payına düşüb ki, bu da 2015-ci ilin dekabr ayı ilə müqayisədə 3% azdır.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən (2006-cı il, iyun) 2017-ci il yanvarın 1-ə qədər BTC-yə 321 538 062 ton neft vurulub.

Bundan başqa, 2016-cı ilin dekabr ayında BTC kəməri ilə 441 271 ton Türkmənistan nefti nəql olunub.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. BTC kəməri ilə Azərbaycandan əsasən "AÇG" nefti və "Şahdəniz" kondensatı daşınır.

 


Create Account



Log In Your Account