Mar 19 2020 12:26
Elshad Aliyev
Views: 40

Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) və Qadın Tennisçilər Birliyinin (WTA) xətti ilə keçiriləcək bütün turnirlər yeni koronavirusla (COVİD-19) əlaqədar iyunun 7-dək təxirə salınıb.

AZƏRTAC Türkiyənin “Ntvspor.net” saytına istinadla xəbər verir ki, ATP-nin və WTA-nın birgə açıqlamasında iyunun 7-dək heç bir turnirin təşkil olunmayacağı bildirilib. Qərara əsasən, Madriddə və Romada qadın və kişi atletlərin iştirakı ilə keçirilməli olan turnirlərlə yanaşı, Strasburqda və Rabatda qadınlar, Münxen, Estoril, Cenevrə və Lion şəhərlərində isə kişilər arasında təşkili planlaşdırılan yarışlar ləğv edilib.


Create Account



Log In Your Account