Jul 25 2017 15:05
Ferah Sabirqizi
Views: 776

 Alternativ və Bərpa olunan enerji mənbələrinin həcmini və keyfiyyətini artırmaq üçün  Pirallahıda istifadəyə verilən Pirallahı Günəş Elektirik Stansiyası hazırda 1.1 MVt gücündə elektirik enerjisi istehsal edir.Yaxın zamanlarda bunun gücünün 2.8 MVt-a çatdırılması nəzərdə tutulur.

Layihənin məqsədi Pirallahı rayonunda əhalinin və sosial obyektlərin elektrik enerjisinə olan təlabatını yerli alternativ və bərpa olunan enerji mənbələri hesabına təmin etməkdir. İlkin mərhələdə stansiya iki hektar ərazidə quraşdırılıb və Azərbaycanda istehsal olunan 4400 günəş paneli ilə təchiz olunub. Hər bir panelin gücü 250 Vattdır. Bu isə ümumilkdə adanın elektirik enerjisinə olan tələbatının ödənilməsində mühüm rol oynayır.

Alternativ və Bərpa Olunan Enerji üzrə Dövlət Agentliyinin şöbə müdiri Fəzail Süleymanov deyir ki, buraxıldığı tarixdən test rejimində işləyib: “Test rejimində işləyə-işləyə 1  milyon 500 min KVt saat elektrik enerjisi istehsal edib. Hazırda stansiyanın gücü gördüyünüz Pirallahı adasının  istehlak etdiyi elektrik enerjisinin 1/6 hissəsinə bərabərdir. Gələcəkdə stansiyanın gücünü 10 MVt da artırmaq nəzərdə tutulub. Bu da o deməkdir ki, bütün stansiyanın gücü ilə Pirallahını elektirik enerjisi ilə tamamilə təmin etmək mümkün olacaqdır.

Layihənin icrasına 2014-cü ildə start verilib. Stansiyanın geniş ərazidə tikintisinin   tamamlanması və 12.8 MVt gücü ilə işə düşməsi 2020-ci ildə baş tutacaq. Bununla yanaşı, daha çox günəş enerjisi istehsal etmək üçün Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə dövlət agentliyi yeni layihələr üzərində  də işlər aparır.

Günəşi izləyən qurğu və bu qurğunun üzərində quraşdırılan günəş panelləri. Sadəcə olaraq bu panellərin digərlərindən fərqi ondan ibarətdir ki,bu qurğu vasitəsi ilə günəşin hərəkəti tənzimlənir və digərlərindən fərqli olaraq daha çox günəş enerjisi istehsal olunur.

Bundan əlavə, elektrik stansiyasında 85 metr hündürlüyündə stasionar və “KamAZ” avtomobilinin bazasında səyyar Ölçü-Müşahidə Nəzarət Kompleksi yaradılıb. Bu kompleksə günəş müşahidə, mobil külək müşahidə stansiyası, küləyin sürətini və istiqamətini ultrasəs metodu ilə ölçən avadanlıq daxildir. Kompleks ölkə üzrə istənilən ərazidə stasionar rejimdə hər 20 metr məsafədə və 20-300 metr hündürlükdə bütün geofiziki-metroloji parametrləri ölçməyə və təhlil etməyə imkan verir.

“Bu kompleks tam  səyyar şəkildə hazırlanıb. Burda bütün avadanlıqların elektrik enerjisi şəbəkədən yox, “Kamaz” markalı maşının üzərində quraşdırılan günəş panelləri vasitəsi ilə qidalanır. Bu stansiyanın özəlliyi ondan ibarətdir ki, bu Wi-Fi vasitəsilə mərkəzə ötürür. Bütün məlumatları server vasitəsi ilə qəbul edilir və orda işlənilir. Sonda gündəlik aparılan monitorinqlərin nəticələrinə uyğun olaraq  cədvəllər hazırlanır”.

Stansiyanın ərazisində xüsusi idarəetmə mərkəzi quraşdırılıb və monitorlarla təhciz olunub. Həmin monitorlarda stansiyanın istehsal gücü, gün və ay  ərzində, eyni zamanda ümumilkdə istehsal olunan elektirik enerjisinin gücü barədə məlumat qeyd edilir. Bundan başqa  mərkəzdə ölkənin digər ərazilərində quraşdırılan günəş, külək və su elektirik stansiyalarını da müşahidə etmək mümkündür.

Günəş texnologiyasına əsaslanaraq gələcəkdə  küçə və istirahət parklarında elektirik dirəklərinin  və  müşahidə kameralarının da günəş enrjisi ilə  əvəzləmək mümkün olacaq. Artıq ilkin sınaqlar da keçirilib. Dövlət agentliyi günəş enerjisini hətda nəqliyyat vasitələrində də tədbiq etməyə başlayıb. 

Alternativ enerji mənbələrindən Azərbaycan nəqliyyat vasitələrində də bunu test etməyə başlayıb. Buradakı elektrosikl gün ərzində günəş enerjisindən qaynaqlanarq fasiləsiz hərəkət edə, eyni zamanda isə axşamları topladığı günəş enerjisinin vasitəsi ilə 10 saat 60 km/saat ilə hərəkət edə bilir.

Prezident İlham Əliyev bir neçə gün əvvəl “Pirallahı Günəş Elektrik Stansiyasının açılışında iştirak edib.Ölkə başcısı stansiyanın fəaliyyəti ilə tanış olub  ərazi və avadanlıqlara baxış keçirib. Sonda prezident öz tapşırıq və tövsiyələrini verib.


Create Account



Log In Your Account