Nov 08 2018 14:09
Ferah Sabirqizi
Views: 30

Noyabrın 14-də bütün dünya kinoteatrlarında "Coldplay: A Head Full of Dreams" sənədli filminin eksklüziv nümayişi keçiriləcək. İlk dəfə olaraq Azərbaycan tamaşaçıları bütün dünya ilə eyni zamanda eksklüziv materialı izləmək imkanı əldə edəcəklər. Bu təşəbbüs British Council tərəfindən dəstəklənir. 

"Coldplay: A Head Full Of Dreams" sadə kollec tələbəsinin dünya miqyaslı sənətçi olana kimi keçdiyi həyat yolunu  təqdim edir. Filmdə "Fix You" və "Viva La Vida" kimi məşhur treklərin güclü ifası ilə yanaşı, musiqiçilərin dərin dostluğunu və qardaşlığını üzə çıxaran təsirli anlar öz əksini tapır. 

Filmin müəllifi 2016-cı ildə “Oasis” haqqında məşhur "Supersonic" filmini çəkən Mat Uaytkrossdur. 90-cı illərdə rejissor London kollecində hələ “Coldplay” qrupunu formalaşdırmazdan əvvəl dörd gənclə tanış olub. Mat Uaytkross musiqiçilərin bütün ilk məşqlərində iştirak edib, onların videoqrafı olub. Rejissor "Paradise", "A Sky Full Of Stars" və "Adventure Of A Lifetime" daxil olmaqla, qrupun bütün əlamətdar videolarını çəkib. Filmdə Mat Uaytkross "A Head Full Of Dreams" dünya turunun canlı çıxışlarından və pərdəarxası məqamlarının dəyərli çəkilişlərini, habelə kollektivin mövcud olduğu 10 il ərzində lentə alınmış eksklüziv arxiv materiallarını fanatlarla bölüşüb. 

"Coldplay: A Head Full Of Dreams" müasir dövrün ən mühüm qrupunun ən dolğun ifadəsidir. Və yalnız noyabrın 14-də dünyada və Bakıda milyonlarla “Coldplay” pərəstişkarının bu filmi böyük ekranlarda izləmək imkanı olacaq.

 


Create Account



Log In Your Account