May 27 2017 15:22
Ferah Sabirqizi
Views: 524

“Forbes” jurnalı dünyanın ən çox gəlir əldə edən futbolçuların adlarını açıqlayıb.

İspaniyanın “Real” klubunun portuqaliyalı futbolçusu Kriştianu Ronaldu ildə 93 milyon dollar qazanaraq siyahıya başçılıq etməkdə davam edir.

İkinci pillədə “Barselona” klubu və Argentina yığmasının hücumçusu Lionel Messi (80 milyon dollar), üçüncüdə isə daha bir “Barselona”lı hücumçü Neymardır (37 milyon dollar).

Sonrakı yerlərdə müvafiq olaraq Qaret Beyl (“Real”, 34 milyon), Zlatan İbrahimoviç (“Mançester Yunayted”, 32 milyon), Ueyn Runi (“Mançester Yunayted”, 23,6 milyon), Luis Suares (“Barselona”, 23,3 milyon), Serxio Aquero (“Mançester Siti”, 22,6 milyon), Xames Rodriqes (“Real”, 21,9 milyon) və Pol Poqba (“Mançester Yunayted”, 21,2 milyon) kimi futbolçular qərarlaşıblar.


Create Account



Log In Your Account