Jun 04 2020 17:37
Elshad Aliyev
Views: 152

Bu gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7047 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 322.574-ə çatıb.

AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, hazırda 2707 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Xəstələrdən 100 nəfəri reanimasiyadadır ki, onlardan da 21-i süni tənəffüs cihazına qoşulub.

 


Create Account



Log In Your Account