Jun 03 2017 11:37
Naile Hesenova
Views: 644

Bu gün axşam Çempionlar Liqasının final mərhələsində qarşılaşacaq “Real” (Madrid) və “Yuventus” klubları haqqında maraqlı bir fakt ortaya çıxıb.

Modern.az Almaniya KİV-nə istinadən bildirir ki, hər iki nəhəng klub futbolçularının ümumi dəyəri, 1 milyard 212 milyon avro təşkil edir.
 
Belə ki, “Real” klubunun təxmini bazar dəyəri 764 milyon 800 min, “Yuve”nin isə 447 milyon 200 min avrodur.
 
Onu da qeyd edək ki, Madrid klubunun portuqaliyalı ulduzu Kriştianu Ronaldo 100 milyon avro, “Yuventus”un əsas qol silahı Qonzalo Higuain isə 75 milyon avro aktual bazar qiymətləri ilə ən bahalı futbolçular olaraq diqqət cəlb edir.

 


Create Account



Log In Your Account