Feb 20 2020 10:32
Elshad Aliyev
Views: 53

Fevralın 20-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün onaltıdabir final mərhələsinə start verilir.

AZƏRTAC xəbər verir ki, Türkiyə təmsilçisi “Başakşehir” Portuqaliyada “Sportinq”in qonağı olacaq.

Turnirin son finalçısı İngiltərənin “Arsenal” klubu Yunanıstanın “Olimpiakos” komandası, “Mançester Yunayted” isə Belçikada “Brügge” ilə üz-üzə gələcək. İtaliyanın “İnter” klubu isə Bolqarıstanda “Lüdoqorets”lə qarşılaşacaq.

Günün bütün görüşləri aşağıdakılardır:

“Şaxtyor Donetsk” (Ukrayna) – “Benfika” (Portuqaliya);

“Ayntraxt” (Frankfurt, Almaniya) – “Zaltsburq” (Avstriya);

“Lüdoqorets” (Bolqarıstan) – “İnter” (İtaliya);

“Brügge” (Belçika) – “Mançester Yunayted” (İngiltərə);

“ÇFR Kluj” (Rumıniya) – “Sevilya” (İspaniya);

“Kopenhagen” (Danimarka) – “Seltik” (Şotlandiya);

“Xetafe” (İspaniya) – “Ayaks” (Hollandiya);

“Sportinq” (Portuqaliya) – “Başakşehir” (Türkiyə);

“Qlazqo Reyncers” (Şotlandiya) – “Braqa” (Portuqaliya);

“Roma" (İtaliya) – “Gent” (Belçika);

“Volfsburq” (Almaniya) – “Malmö” (İsveç);

“AZ Alkmaar” (Hollandiya) - LASK (Avstriya);

“Olimpiakos” (Yunanıstan) – “Arsenal” (İngiltərə);

APOEL (Kipr) – “Bazel” (İsveçrə);

“Bayer Leverkuzen” (Almaniya) – “Porto” (Portuqaliya);

“Vulverhempton” (İngiltərə) – “Espanyol” (İspaniya).

Qeyd edək ki, cavab görüşləri fevralın 27-də olacaq.

 


Create Account



Log In Your Account