Mar 13 2018 10:34
Naile Hesenova
Views: 125

Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə”  kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. Yel çərşənbəsi günündə əsən isti külək yazın gəlişindən xəbər verir. İnanclara görə, bu çərşənbədə oyanan külək oyanmış suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində adətən hava təmizlənir, təbiət oyanır.  Küləyin əsməsi təmizlik işlərinə başlamağın vaxtını da bildirir. Qaraqoyunlu türklərində Cənubdan gələn yelə “ağ yel” deyərlər. Ağ yel isti külək olub qarları əridir. Bu yelin əsməsini xalq Novruzun gəlişi ilə bağlayıb.

Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc və məsəl mövcuddur. Qədim deyimlərə görə, Yel baba xırmana gəlməzdən qabaq oradan buğda, dən götürməzlər. Bundan başqa, inanca görə, Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət edər ve Yel babanı çağırarlar. Əgər Yel baba səsi eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetəcəyinə inanarlar.

Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çerşenbe üçün hazırlıqlar görürler. Ev eşyaları temizlenir, xalça-palaz çırpılır, yorğan-döşek havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürler. Bu gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır. Səməni Novruz mərasimlərində bolluq bərəkət simvolu sayılır.

Üçüncü çərşənbə bəzi bölgələrdə, xüsusən də Azərbaycanın qərb rayonlarında Qara çərşənbə, Gül çərşənbə də adlandırılır. Həmin gün dünyasını dəyişmiş doğmaların məzarları ziyarət olunar, kol-kosdan təmizlənər, dünyasını dəyişmiş yaxınlar yad edilər. Qədim adətə görə, bu çerşenbede qefesde saxlanılan quşları ve heyvanları azadlığa buraxmaq lazımdır.

Qeyd edək ki, bu il Azərbaycanda axırıncı - Torpaq çərşənbəsi martın 20-də qeyd olunacaq.Yaz fəsli ölkəyə martın 20-də Bakı vaxtı ilə saat 20:15-də daxil olacaq.

 


Create Account



Log In Your Account