May 01 2020 15:31
Elshad Aliyev
Views: 65

Qazaxıstanda daxili aviareyslər tədricən bərpa edilir. Koronavirus pandemiyası ilə əlaqədar ölkədə şərnişindaşımaların dayandırılmasından sonra bu gün ilk dəfə Nur-Sultan və Almatı arasında hava əlaqəsi bərpa olunub.

AZƏRTAC xəbər verir ki, uçuşları üç yerli aviaşirkət - “AirAstana”, “SCAT”, “QAZAQAIR” həyata keçirəcək. Ümumilikdə bu gün Nur-Sultan və Almatı arasında bir neçə aviareys planlaşdırılıb. Axşam paytaxtdan Atırau şəhərinə də bir uçuş gözlənilir.

Yeri gəlmişkən, təyyarələrdə sərt sanitar-epidemoloji qaydalar tətbiq olunur. Ekipaj üzvləri də sərnişinlər kimi yoxlama prosedurdan keçirlər.

Bundan başqa Qazaxıstanda bir sıra aviareyslər isə mayın 4-dən bərpa olunacaq.

Qeyd edək ki, sərnişinlər karantinə alınmayacaqlar, çünki ölkənin baş dövlət sanitariya həkiminin qərarı ilə, hər bir vətəndaş öz yaşayış məntəqəsində COVID-19 testini keçərək arayış almalıdır. Bu arayış 7 gün müddətində etibarlıdır.

Xatırladaq ki, Qazaxıstanda COVID-19 pandemiyası səbəbindən fövqəladə vəziyyətin elan edilməsi ilə əlaqədar ölkədə sərnişin daşımaların bütün növlərinin fəaliyyətinə məhdudiyyətlər qoyulmuşdu.


Create Account



Log In Your Account