Feb 16 2017 17:35
Ulviyye Sabirqizi
Views: 1383

Bakıda Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danfordla Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun görüşü keçirilib.
Danışıqların təfərrüatı açıqlanmasa da, görüşdən əvvəl yayılan açıqlamalarda həm Pentaqon, həm də Rusiya Müdafiə nazirliyi gündəmdə geniş spektr məsələlərin olduğunu bəyan edib.

Gündəlikdəki məsələlərə Rusiya və Amerika Birləşmiş Ştatları arasında hərbi qarşılıqlı fəaliyyətin indiki vəziyyəti və perspektivləri, eləcə də tərəflərin hərbi fəaliyyəti ilə bağlı insidentlərin qarşısının alınmasının müzakirəsi daxil olub.

Politoloq Rasim Musabəyov CBC-yə açıqlamasında bildirib ki, Azərbaycan bu görüşün keçirilməsi üçün ən uyğun bölgədir: “Çünki görüşdə əsasən Yaxın Şərqdəki proseslər müzakirə olunur. Azərbaycan bilavasitə o proseslərdə yoxdur. Bu baxımdan Azərbaycan görüş üçün ən əlverişli meydan idi, ölkənin geopolitik mövqelərini möhkəmləndirir. Biz öyrəşmişik ki, Bakıda çox mötəbər idman, mədəniyyət tədbirləri ilə yanaşı, siyasi tədbirlər də keçirilir. Bu da bu cərgədədir, demək olar ki, kifayət qədər əhəmiyyətli tədbirdir”.

 


Create Account



Log In Your Account