Mar 02 2020 14:01
Elshad Aliyev
Views: 49

Martın 5-də Tbilisidə Gürcüstan-Azərbaycan biznes forumu keçiriləcək.

"APA-Economics" bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən xəbər verir.

Forumda Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, BP-nin Gürcüstan üzrə meneceri Ann Devis və digər rəsmi şəxslər və iş adamlarının iştirakı gözlənilir. 

Forumda energetika sahəsində Gürcüstan-Azərbaycan arasında əməkdaşlıq və perspektivləri mövzusunda "SOCAR Energy Gerorgia" şirkətinin nümayəndəsinin təqdimatla çıxışı nəzərdə tutulub. Həmçinin, Azərbaycandakı yeni layihələrin, Azərbaycan və Gürcüstan şirkətlərinin təqdimatları keçiriləcək.


Create Account



Log In Your Account