Dec 30 2019 14:57
Elshad Aliyev
Views: 143

Bu il ərzində 126 mindən çox insanın qan nümunəsi müayinə olunub. 

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, onların arasında 3393 talassemiya daşıyıcısı, 135 qazanılmış immun çatışmazlığı sindromu, 297 sifilis xəstəliyi aşkar edilib. 

Müayinə olunanların arasında talassemiyalı 55 cütlük aşkar edilib. Bu cütlüklərdən hamilə qalmış qadınların hər birindən götürülmüş döl materialının müayinəsi aparılıb ki, nəticədə 19 sağlam, 31 daşıyıcı, 15 xəstə döl aşkarlanıb. 

Ümumilikdə, xəstəlik müəyyən edilən 15 halda hamiləliyin pozulması qadınlara məsləhət görülüb və həyata keçirilib.


Create Account



Log In Your Account